Moskva Azov dənizində azərbaycanlıların həlak olmasına reaksiya verdi

Siyasət Materials 5 İyun 2026 15:19 (UTC +04:00)
Moskva Azov dənizində azərbaycanlıların həlak olmasına reaksiya verdi
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyi Azov dənizində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu xarici yük gəmilərinə hücumla bağlı bəyanat yayıb.

Trend xəbər verir ki, Rusiya XİN-in məlumatına görə, iyunun 5-də səhər saatlarında Türkiyədən Rostov-na-Donu limanına doğru hərəkət edən, Beliz bayrağı altında üzən “Natra” və Palau bayrağı altında üzən “Sirkon” gəmiləri Azov dənizində hücuma məruz qalıb.

Bildirilib ki, hər iki gəmidə həlak olanlar və yaralananlar var. Onların arasında Azərbaycan Respublikası vətəndaşları da olub. Zərərçəkmiş dənizçilərə yaxınlıqdan keçən Rusiya gəmisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd dəstəsi tərəfindən yardım göstərilib.

Rusiya XİN həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə sağalma arzulayıb.

Nazirlikdən bildirilib ki, hadisənin başvermə şəraiti araşdırılır. Rusiya tərəfi Azərbaycanın Moskvadakı səfirliyi və Azərbaycan Xarici İşlər Nazirliyi ilə sıx əlaqə saxlayır.

Qeyd olunub ki, Rusiya hadisənin təfərrüatlarının araşdırılması və Azərbaycan vətəndaşlarına konsulluq çıxışının təmin olunması üçün Azərbaycan tərəfinə lazımi dəstək göstərəcək.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Azov dənizinin Taqanroq körfəzində iki xarici yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində ölkənin beş vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti