Metanın qarşısının alınması təkbaşına görüləcək bir iş deyil - SOCAR

İqtisadiyyat Materials 5 İyun 2026 16:02 (UTC +04:00)
Metanın qarşısının alınması təkbaşına görüləcək bir iş deyil - SOCAR
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR iqlim dəyişiklərinə, xüsusən metan emissiyaları məsələsinə ciddi yanaşır.

Trend xəbər verir ki, bunu SOCAR-ın Ekoloji Məlumatların Açıqlanması və Yaşıl Təşəbbüslər İdarəsinin rəisi Mustafa Qurbanlı Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq konfransda "Methan azaldılması üçün birgə fəaliyyət: kənd təsərrüfatı, enerji və tullantı həlləri” adlı tədbir çərçivəsində təşkil edilən panel müzakirəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, metanın qarşısının alınması təkbaşına görüləcək bir iş deyil:

" SOCAR da beynəlxalq təşəbbüslərə qoşulub və bu təşəbbüslərdən birinin həmtəsisçisiyik. COP28-də təsis etdiyimiz xartiyaya çoxlu beynəlxalq təşkilatlar və ölkələr qoşulub.

Qısa və orta hədəflərə necə çatdığımızı hesabatlarımızla nümayiş etdiririk. Qeyd edim ki, beynəlxalq təşəbbüslərlə yanaşı regional təşəbbüsləri də inkişaf etdiririk. Regional yanaşma bizə ortaq problemlərin həlli üçün regionda fəaliyyət göstərən şirkətlərlə daha sıx işləməyə imkan verir.

Biz “heç kimi geridə qoymamaq” fəlsəfəsi ilə fəaliyyət göstəririk. Emissiyaların azaldılması prosesi yalnız bizim şirkətin deyil, bütün tərəfdaşların birgə məsuliyyətidir. 2050-ci ilə qədər hədəflərə çata biləcəyimizə əminik", - o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti