Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat

İdman Materials 5 İyun 2026 16:46 (UTC +04:00)
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

FIFA referiləri Əliyar Ağayev və Tural Qurbanov milli komandaların beynəlxalq yoldaşlıq oyunlarına təyinat alıblar.

Trend xəbər verir ki, Əliyar Ağayev Minskdə keçiriləcək Belarus – Suriya matçını idarə edəcək. Belarus millisinə məxsus stadionda baş tutacaq görüşdə Zeynal Zeynalov və Elşad Abdullayev köməkçi, yerli referi İhar Şumilau dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Tural Qurbanov isə Kişineu şəhərində yerləşən “Zimbru” stadionunda Moldova – Bolqarıstan qarşılaşmasının baş hakimi olacaq. Ona Akif Əmirəli və Cəmil Quliyev köməklik göstərəcəklər. Moldovalı Roman Jitari dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Hər iki oyun iyunun 5-də keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti