Ədliyyə naziri yeni qərar imzaladı

Cəmiyyət Materials 5 İyun 2026 16:12 (UTC +04:00)
Ədliyyə naziri yeni qərar imzaladı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisası verilən məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının siyahısı genişləndirilib.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, siyahıya aşağıdakı ekspertiza növü və ixtisası əlavə edilib:

Sıra № Məhkəmə ekspertizasının növü Ekspert ixtisası
21 Məhkəmə yerquruluşu ekspertizası 21,1 Məhkəmə yerquruluşu obyektlərinin tədqiqi

Məqalədə:

Xəbər lenti

Xəbər lenti