Bakıda silsilə oğurluq hadisələrinin üstü açılıb

Hadisə Materials 5 İyun 2026 17:00 (UTC +04:00)
Bakıda silsilə oğurluq hadisələrinin üstü açılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Sabunçu rayonunda yerləşən obyektlərin birindən ümumi dəyəri 2300 manat olan 6 ədəd proyektor və noutbuk oğurlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı F.İdrisov müəyyən edilərək saxlanılıb.

Digər əməliyyat zamanı isə Yasamal rayonunda 2000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən 35 yaşlı L.Məmmədova saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti