Bakı. Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Minifutbol üzrə Azərbaycan milli komandasını Avropa çempionatında qazandığı qələbə münasibətilə paylaşım edib.
Trend-in məlumatına görə, paylaşımda deyilir:
"Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"
