“Metan azaldılması üçün birgə fəaliyyət: kənd təsərrüfatı, enerji və tullantı həlləri” adlı tədbir keçirilib

Cəmiyyət Materials 5 İyun 2026 15:36 (UTC +04:00)
“Metan azaldılması üçün birgə fəaliyyət: kənd təsərrüfatı, enerji və tullantı həlləri” adlı tədbir keçirilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq konfrans çərçivəsində “Metan azaldılması üçün birgə fəaliyyət: kənd təsərrüfatı, enerji və tullantı həlləri” adlı tədbir keçirilib.

Trend xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru İnqer Andersen çıxışında bildirib ki, yaxın zamanda qlobal temperaturun 1,5°C artım həddinə çatma riski ciddi şəkildə gündəmdədir.

Onun sözlərinə görə, metan emissiyalarının azaldılması ilə bağlı vəziyyət kritik olaraq qalır:

"Qlobal metan öhdəlikləri və 2050-ci ilədək temperaturun 2,5°C-ə qədər yüksəlmə ssenarisi böyük narahatlıq doğurur. Bu proseslər ictimai səhiyyəyə, kənd təsərrüfatına və xüsusilə uşaqlar arasında tənəffüs xəstəliklərinin artmasına ciddi təsir göstərir. Metan emissiyaları kənd təsərrüfatına ən çox zərər vuran amillərdən biridir. Lakin bu emissiyaların azaldılması ilə təxminən 330 milyard dollar qənaət etmək mümkündür. Bu, ən aşağı xərcli və ən effektiv iqlim tədbirlərindən biri hesab olunur. Neft və qaz sektorunda bəzi hallarda havaya buraxılan metan qazının azaldılması üçün əlavə xərclərə ehtiyac olmur. Metan qazı yandırılmaq əvəzinə daha səmərəli və nəzarətli üsullarla idarə oluna bilər. Tullantıların idarə olunması da bu sahədə olduqca vacib rol oynayır. Peyk monitorinq şəbəkəsi vasitəsilə metan sızmaları və havaya buraxılmalarla bağlı artıq təxminən beş min xəbərdarlıq qeydə alınıb.

Azərbaycan şirkətləri də daxil olmaqla 150 şirkət neft istehsalı sahəsində fəaliyyət göstərir. UNEP-in “təmiz hava” koalisiyası çərçivəsində bundan əlavə 75 metan yol xəritəsi hazırlanıb. Azərbaycanda regional orqanik tullantıların idarə olunması və emal sistemlərinin genişləndirilməsi də nəzərdə tutulur".

Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov öz çıxışında vurğulayıb ki, Serbiya metan qazının azaldılmasını priotet hesab edir:

"Serbiya hökuməti mitiqasiya tədbirləri ilə yanaşı qlobal metan hədəflərini əsas götürür. Bərpaolunmaz enerji ilə bağlı tədbirlər davam etdirilir. Serbiya tullantıların idarəplunması sistemini gücləndirirək Avropa İttifaqı standartlarına çatdırmağa çalışır", - o qeyd edib.

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə isə çıxışında qeyd edib ki, Azərbaycan enerji sektorunun inkişafı ilə ətraf mühitin qorunması paralel şəkildə, əl-ələ davam etməli olduğunu anlayır:

"Bu iki prioritet bir-birini tamamlayır və dayanıqlı inkişafın əsasını təşkil edir. Biz 2030-cu ilə qədər metan emissiyalarını 30% azaltmaq öhdəliyi götürmüşük. Hazırda 136 ölkə bu çağırışa qoşulub və birlikdə fəaliyyət göstərərək qlobal metan emissiyalarının azaldılmasına nail ola bilərlər.

Neft və qaz sektorunda metan emissiyalarının hədəflənməsi və “yaşıl enerji” keçidinin sürətləndirilməsi prioritet istiqamətlərdəndir. Məqsəd daha təmiz və daha dayanıqlı gələcək qurmaqdır. Metan emissiyalarının azaldılması sayəsində ətraf mühitlə bağlı çağırışlar həm də iqtisadi imkanlara və faydaya çevrilə bilər", - o qeyd edib.

Tədbir panel müzakirəsi ilə davam edib.

Xəbər lenti

Xəbər lenti