Azərbaycanlı istifadəçilər arasında ən populyar olan internet brauzerləri açıqlanıb

İqtisadiyyat Materials 5 İyun 2026 16:59 (UTC +04:00)
Azərbaycanlı istifadəçilər arasında ən populyar olan internet brauzerləri açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin may ayında "Google Chrome" internet brauzeri Azərbaycanda istifadəçilər arasında populyarlıq üzrə liderliyini qoruyub saxlayıb. Onun bazar payı 81,04 faiz təşkil edib.

Trend-in "Global Stats" Statistika Mərkəzindən əldə etdiyi məlumata görə, "Google Chrome"un bazar payı əvvəlki ayla müqayisədə 1,53 faiz bəndi artıb.

Hesabat dövründə "Safari" internet brauzerinin Azərbaycan bazarındakı payı 8,25 faiz olub ki, bu da əvvəlki ayla müqayisədə 1,99 faiz bəndi azalma deməkdir.

Siyahıda növbəti yeri "Firefox" internet brauzeri tutub. Belə ki, onun Azərbaycan bazarındakı payı 2,01 faiz bəndi artaraq 2,59 faizə çatıb.

Eyni dövrdə "Samsung" internet brauzerinin bazar payı 0,5 faiz bəndi artaraq 3,4 faizə yüksəlib, "Opera" brauzerinin payı isə 0,43 faiz bəndi azalaraq 1,83 faiz təşkil edib.

Hesabat dövründə "Edge" internet brauzerinin bazar payı 0,4 faiz bəndi azalaraq 1,44 faizə enib.

Bu ilin may ayında "Brave" internet brauzerinin bazar payı da 0,14 faiz bəndi azalaraq 0,31 faiz olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti