Bakı.Trend:
Siqaret qaçaqmalçılığında ittiham edilən Fariz Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosedə Fariz Məhərrəmova ifadə vermək təklif olunsa da, o, bundan imtina edib.
Həmçinin Fariz Məhərrəmov özünü qismən təqsirli bilib, ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib.
Növbəti prosesdə şahidlər ifadə verəcək.
Proses iyunun 19-na təxirə salınıb.
Qeyd edək ki, Fariz Məhərrəmov Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) və 213-1.2.3-cü (aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.
