İran ABŞ gəmilərini atəşə tutub

Dünya xəbərləri Materials 5 İyun 2026 17:12 (UTC +04:00)
İran ABŞ gəmilərini atəşə tutub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran Oman dənizində ABŞ-nin hərbi gəmilərinə raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.

Trend xəbər verir ki, bu haqda “Təsnim” agentliyi İran ordusunun bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, “Qadir” raketləri və yeni nəsil pilotsuz uçuş aparatları xəbərdarlıq məqsədilə ABŞ-nin “DDG-103” və “DDG-87” esminesləri istiqamətində buraxılıb.

Bəyanata əsasən, bundan sonra həmin esmineslər Hind okeanı istiqamətinə çəkiliblər.

Bundan əlavə, ABŞ-yə məxsus Tripoli universal desant gəmisi də Oman dənizinin sularını tərk edib.

İran ordusu xəbərdarlıq edib ki, ABŞ tərəfindən "dəniz quldurluğu"nun davam etdirilməsi halında gələcəkdə daha uzaqmənzilli raketlərdən istifadə oluna bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti