Siyəzən avtomobil yolunda möhkəmləndirmə işləri aparılır (VİDEO)

Cəmiyyət Materials 5 İyun 2026 17:50 (UTC +04:00)
Siyəzən avtomobil yolunda möhkəmləndirmə işləri aparılır (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub.

"Görülən işlər çərçivəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, yol yatağının genişləndirilməsi, həmçinin xüsusi svayların vurulması ilə yol yatağının möhkəmləndirilməsi və dayanıqlığının artırılması istiqamətində tədbirlər görülür.

Bununla yanaşı, sel sularının zədələdiyi suötürücü qurğuların və metal konstruksiyalı körpünün bərpası istiqamətində də müvafiq işlər aparılır. Yağıntılı hava şəraitinin yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə əlavə qabaqlayıcı tədbirlər də həyata keçirilir.

Görülən işlərin əsas məqsədi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır", - deyə məlumatda bildirilir.

Məlumat üçün bildirək ki, Siyəzən-Dağ Quşçu-Ərziküş yolunun bəzi hissələri sel suları nəticəsində deformasiyaya məruz qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti