Azərbaycanın axtarış sistemləri bazarında "Google"un payı artıb

İqtisadiyyat Materials 5 İyun 2026 17:25 (UTC +04:00)
Azərbaycanın axtarış sistemləri bazarında "Google"un payı artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin may ayında "Google" axtarış sisteminin Azərbaycanın bütün platformlarlarındakı (kompüter, noutbuk, mobil cihazlar, o cümlədən tabletlər) bazar payı 94,19 faiz təşkil edib.

Trend "Global Stats" statistika mərkəzinə istinadən xəbər verir ki, bu aprel ayının göstəriciləri ilə müqayisədə 9,03 faiz bəndi çoxdur.

İkinci yeri tutan "Yandex" brauzeri isə öz bazar payını 7,6 faiz bəndi azaldıb. Sözügedən brauzerin bazar payı -4,61 faiz təşkil edir.

Üçüncü yeri tutan "Bing"in bazar payı isə 1,32 faiz bəndi azalaraq 0,65 faiz təşkil edib.

Dördüncü yerdə gələn "DuckDuckGo"nun bazar payı 0,18 faiz bəndi azalaraq, 0,19 faiz təşkil edib.

İlk beşlliyi tamamlayan "Yahoo"nun bazar payı isə 0,09 faiz bəndi azalaraq, 0,13 faiz təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti