Macarıstan Ermənistan və Gürcüstandan əmək miqrantlarının ölkəyə girişini qadağan edib

Dünya xəbərləri Materials 5 İyun 2026 19:05 (UTC +04:00)
Macarıstan Ermənistan və Gürcüstandan əmək miqrantlarının ölkəyə girişini qadağan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Macarıstan hökuməti bu gündən etibarən Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstan hökumətinin rəsmi nümayəndəsi Vanda Şondi bəyan edib.

Onun sözlərinə görə, Macarıstanın yeni hökuməti Ermənistan və Gürcüstandan olan əmək miqrantlarının ölkəyə girişinə və sadələşdirilmiş qaydada işə qəbuluna qadağa tətbiq edib. Şondi bildirib ki, bu qərar xarici işçilərin məşğulluğu ilə bağlı ümumi qaydaların yenidən nəzərdən keçirilməsi çərçivəsində qəbul olunub.

“İlk addım kimi hökumət qərarına edilən dəyişiklik qüvvəyə minir. Həmin qərar əsasında işəgötürmə agentlikləri üç ölkədən işçiləri sürətləndirilmiş prosedurla kütləvi şəkildə gətirə bilirdilər. Söhbət Filippin, Gürcüstan və Ermənistandan gedir. Bu gündən etibarən həmin üç ölkənin vətəndaşları sadələşdirilmiş qayda ilə Macarıstana gələ bilməyəcəklər. Artıq ölkədə olan şəxslərin iş icazələrinin uzadılması ilə bağlı müraciətləri isə ümumi prosedura uyğun şəkildə nəzərdən keçiriləcək”,- deyə Şondi bildirib.

O, niyə məhz bu üç ölkənin seçilməsinin səbəblərini açıqlamayıb.

Şondi qeyd edib ki, yeni hökumətə rəhbərlik edən Peter Magyar seçkiqabağı vədlərinə uyğun olaraq Macarıstanda “qastarbayterlərin” (əmək miqrantlarının) işə qəbul şərtlərini sərtləşdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti