Bakı. Trend:
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza ötən gecə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, 1988-ci il təvəllüdlü Elvin Əliyevin idarə etdiyi VAZ-21011 markalı avtomobil hərəkətdə olarkən, 1992-ci il təvəllüdlü Cavid Əfqanlıya məxsus VAZ-2106 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində hər iki sürücü, eləcə də VAZ-2106-da olan 3 yaşlı uşaq ağır xəsarət alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
