Bitkoinin qiyməti aşağı düşdü

Dünya xəbərləri Materials 6 İyun 2026 01:26 (UTC +04:00)
Bitkoinin qiyməti aşağı düşdü

Bakı. Trend:

Bitkoinin məzənnəsi 2024-cü il oktyabrın 10-dan bəri ilk dəfə 60 min dollardan aşağı enib.

Trend xəbər verir ki, bunu "Binance" birjasının məlumatları göstərir.

Dünən Bakı vaxtı ilə saat 20:11-ə olan məlumata görə, bitkoin 6.1% ucuzlaşaraq 59 889 dollar səviyyəsində satılıb.

Saat 20:16-da isə kriptovalyutanın qiyməti 60 942 dollar olub ki, bu da 4.4%-lik azalma deməkdir.

Eyni vaxtda "Ethereum" də dəyər itirib. Kriptovalyuta 10.41% ucuzlaşaraq 1 598.31 dollara qədər geriləyib.

Xəbər lenti

Xəbər lenti