Transsərhəd çaylar məsələsi Ermənistanın sülhə münasibətini nümayiş etdirəcək

Siyasət Materials 5 İyun 2026 23:14 (UTC +04:00)
Transsərhəd çaylar məsələsi Ermənistanın sülhə münasibətini nümayiş etdirəcək

Bakı. Trend:

Ermənistanın qoşulduğu Espoo Konvensiyası transsərhəd kontekstdə ətraf mühitə olan təsirlərin qiymətləndirilməsi ilə əlaqədar BMT-nin beynəlxalq sazişlərindən biridir.

Trend xəbər verir ki, bunu “Environmental Protection First” Koalisiyasının üzvü, “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin rəhbəri Qəmzə Yusubova bildirib.

"Espoo Konvensiyasına qoşulan dövlətlər üzərinə götürdükləri öhdəliklərə əsasən öz ərazilərində qonşu ölkə ilə sərhədə yaxın yerlərdə həyata keçirdikləri iqtisadi fəaliyyətləri, o cümlədən mədən sənayesi fəaliyyəti ilə bağlı mütləq şəkildə qonşu ölkənin ictimaiyyətinə və hökumətinə məlumat verməli, bu fəaliyyətlər üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) hesabatlarını hazırlayıb təqdim etməlidir", - deyə o bildirib.

Onun sözlərinə görə, təəssüf ki, Ermənistan bu sahədə öhdəliklərini icra etmir: “Bu gün bölgədə sülh, etimad quruculuğu tədbirləri görülür. Ermənistanın transsərhəd çayların çirkləndirilməsini davam etdirməsi sülh gündəliyinə uyğun gəlmir. Ermənistanda bu barədə ciddi fikirləşməlidirlər”.

Xəbər lenti

Xəbər lenti