"Neftçi"nin sabiq prezidenti vəfat etdi

İdman Materials 5 İyun 2026 23:48 (UTC +04:00)
"Neftçi"nin sabiq prezidenti vəfat etdi

Bakı. Trend:

Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.

Trend xəbər verir ki, "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib. Məlumata görə, 60 yaşlı keçmiş klub rəhbəri ürək tutması səbəbindən dünyasını dəyişib.

Xatırladaq ki, S.Sadıqov 2009-2015-ci illərdə "Neftçi"nin prezidenti olub. Onun rəhbərliyi dövründə "ağ-qaralar" 3 dəfə Azərbaycan çempionu olub, iki dəfə isə Azərbaycan Kubokunu qazanıb.

Xəbər lenti

Xəbər lenti