Çexiyada yük maşını sərnişin qatarı ilə toqquşub

Dünya xəbərləri Materials 5 İyun 2026 20:53 (UTC +04:00)
Çexiyada yük maşını sərnişin qatarı ilə toqquşub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çexiyanın şimalında yük maşını sərnişin qatarı ilə toqquşub.

Trend xəbər verir ki, bu barədə CTK informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, insident Prosteyev və Kostelets-na-Qane şəhərləri arasından keçən dəmiryolu xəttinin nizamlanmayan keçidində baş verib. Toqquşmadan qatarın birinci vaqonu relslərdən çıxıb.

İnsident nəticəsində səkkiz nəfərin yaralandığı bildirilir.

Qəza vaxtı qatarda 20-dən çox insan olub. Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti