"Real" Portuqaliya milisinin üzvünü transfer etmək istəyir

İdman Materials 6 İyun 2026 17:53 (UTC +04:00)
"Real" Portuqaliya milisinin üzvünü transfer etmək istəyir

Bakı. Trend:

"Vest Hem"in yarımmüdafiəçisi Matueş Fernandeş karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Trend xarici mediaya istinadən xəbər verir ki, "Real" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.

Premyer Liqanı tərk edən İngiltərə klubu 21 yaşlı oyunçunu 80 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Vest Hem" Mateuş Fernandeşi 2025-ci ilin yayında "Sauthempton"dan 44 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti