Azərbaycanlı tələbələrin ABŞ-də təhsilə marağı artır - Rendi Koul

Cəmiyyət Materials 6 İyun 2026 14:55 (UTC +04:00)
Azərbaycanlı tələbələrin ABŞ-də təhsilə marağı artır - Rendi Koul
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Təhsil proqramlarının genişlənməsi, mübadilə proqramlarının iştirakçılarının sayının artması və Amerika universitetlərinin Azərbaycanda daha fəal təşviqi fonunda azərbaycanlı tələbələrin ABŞ-də təhsil almağa marağı artmaqda davam edir.

Trend xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Rendi Koul Bakıda keçirilən ABŞ təhsil sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tədbir hər il Amerika universitetlərinin, təhsil proqramlarının nümayəndələrini və ABŞ-də təhsil almış məzunları bir araya gətirir. Onlar abituriyentlərə ABŞ-nin ali təhsil sistemi barədə daha dolğun təsəvvür formalaşdırmağa kömək edirlər.

“Amerika Birləşmiş Ştatlarında 5 mindən çox ali təhsil ocağı faəliyyət göstərir və biz bu gün 40-dan artıq universiteti təqdim edirik. Burada həmçinin tələbələrə və valideynlərə qəbul məsələləri üzrə məsləhətlər verən "EducationUSA" və "American Spaces" nümayəndələri də iştirak edirlər”, – deyə o qeyd edib.

Rendi Koul vurğulayıb ki, abituriyentlər üçün praktik məlumatların təqdim edilməsinə xüsusi diqqət yetirilir.

“Sənəd qəbulu prosesi, imtahan tələbləri və viza prosedurları barədə ətraflı məlumat veririk. Bu, tələbələrə ümumi maraq mərhələsindən Amerika universitetlərinə qəbul üçün konkret addımlara keçməyə kömək edir”, – deyə o əlavə edib.

Səfirlik nümayəndəsi həmçinin bildirib ki, ABŞ-nin ali təhsil sistemi geniş proqram və imkan seçimi təqdim edir.

“ABŞ-də iri tədqiqat mərkəzlərindən tutmuş kiçik kolleclərədək 5 mindən çox universitet fəaliyyət göstərir. Bu isə o deməkdir ki, hər bir tələbə öz maraq və imkanlarına uyğun proqram tapa bilər”, – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti