Slovakiya Ukraynaya göstərilən hərbi dəstəyə görə Aİ-dən maliyyə kompensasiyası almaq istəyir

Dünya xəbərləri Materials 6 İyun 2026 07:57 (UTC +04:00)
Slovakiya Ukraynaya göstərilən hərbi dəstəyə görə Aİ-dən maliyyə kompensasiyası almaq istəyir

Bakı. Trend:

Slovakiyanın Baş naziri Robert Fitso Ukraynaya təhvil verilmiş hərbi texnikanın dəyərinin ödənilməsi məsələsini Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə müzakirə etməyi planlaşdırır.

Trend xəbər verir ki, "Aktuality" nəşrinin yaydığı məlumata görə, Slovakiya hökumətinin başçısı bu mövzunu cari ay keçiriləcək Avropa İttifaqının növbəti sammitində gündəmə gətirəcək.

Fitso bildirib ki, ölkə ciddi maliyyə resursları çatışmazlığı ilə üzləşib və bəzi layihələr üçün ayrılmış vəsaitlər sonradan Ukraynaya yönləndirilib.

Onun sözlərinə görə, məhz bu səbəbdən Bratislava Ukraynaya verilən hərbi yardımın kompensasiya olunması məsələsinin nəzərdən keçirilməsini vacib hesab edir.

Xəbər lenti

Xəbər lenti