Bakı.Trend:
Rustavi–Tbilisi magistral yolunda məktəb şagirdlərini ekskursiyaya aparan mikroavtobusun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil qarşıda gedən marşrut mikroavtobusuna çırpılıb. Zərbənin təsirindən marşrut mikroavtobusu məktəbliləri daşıyan digər mikroavtobusla toqquşub.
Mikroavtobusda Qardabani bələdiyyəsinin Kesalo kənd məktəbinin 17 şagirdi olub. Bir neçə uşaq xəsarətlər alıb. Onlar müayinə və tibbi yardım göstərilməsi üçün tibb müəssisələrinə çatdırılıblar.
Qəza nəticəsində mikroavtobuslardan birinin sürücüsü həlak olub. Hadisənin digər təfərrüatları araşdırılır.
