İranlı futbolçulara ABŞ vizası verilib

Dünya xəbərləri Materials 6 İyun 2026 10:17 (UTC +04:00)
İranlı futbolçulara ABŞ vizası verilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran milli komandasının futbolçuları futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etmək üçün ABŞ vizalarını alıblar.

Trend xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“İranlı futbolçulara ABŞ-yə giriş üçün vizalar verilir”,- telekanal Ağ Evin nümayəndəsinə istinadən bildirib.

İran millisinin iştirakı ilə ilk oyun iyunun 15-də Los-Ancelesdə keçiriləcək. Komanda həmin görüşdə Yeni Zelandiya millisi ilə qarşılaşacaq. İran futbolçuları DÇ-2026 çərçivəsində Belçika və Misir millilərinə qarşı da oyunlar keçirəcəklər.

Bundan əvvəl İran milli komandasının DÇ-2026-ya hazırlıq məqsədilə təlim-məşq toplanışını ABŞ-dən Meksikaya köçürdüyü bildirilmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti