Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Ağ Evdə süni intellekt texnologiyaları üzrə fəaliyyət göstərən qabaqcıl şirkətlərin rəhbərləri ilə görüş keçirməyi planlaşdırdığını açıqlayıb.
Trend xəbər verir ki, o, bu barədə Viskonsin ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ prezidentinin sözlərinə görə, sözügedən şirkətlərin rəhbərləri ilə görüşün gələn həftə baş tutacağı gözlənilir və onlar Ağ Evə dəvət olunacaqlar.
Tramp qeyd edib ki, toplantıda əsasən böyük texnologiya şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
O bildirib ki, müzakirə olunacaq əsas məsələlərdən biri süni intellekt sahəsində dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlıq imkanları olacaq.
Prezident görüşün gündəliyi və digər təfərrüatları ilə bağlı
əlavə açıqlama verməyib.