İran Küveyt və Bəhreyndə ABŞ bazalarına hücum edib

Dünya xəbərləri Materials 6 İyun 2026 11:00 (UTC +04:00)
İran Küveyt və Bəhreyndə ABŞ bazalarına hücum edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusunun Hərbi Hava Qüvvələri ballistik raketlərdən istifadə edərək ABŞ-nin Küveytdəki iki hərbi bazasını və Bəhreyndəki hərbi obyektlərini atəşə tutub.

Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Koprusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, bu hücum ABŞ-nin İranın cənubunda yerləşən Hörmüzqan vilayətində Qşm və Sirik adalarında radiolokasiya stansiyalarını atəşə tutmasına cavab olaraq edilib.

Qeyd olunur ki, ötən gecə saatlarında 4 neft tankeri ABŞ ordusunun istiqamətləndirməsi ilə və SEPAH-ın bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq Hörmüz boğazından keçməyə cəhd edib. Xəbərdarlıqlardan sonra neft tankerlərindən biri vurularaq saxlanılıb və qalan tankerlər geri çəkilməyə məcbur olub.

Məlumatda bildirilib ki, İran qarşı tərəfə xəbərdarlıq edir ki, İran tərəfinə hücumlar edildiyi halda, cavab atəşi məhdud olmayacaq və Hörmüz boğazının neft və qaz ixracı üçün tam şəkildə bağlanmasında qarşı tərəf məsuliyyət daşıyacaq.

Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti