Bakı. Trend:
ABŞ Dövlət Departamenti Küveytə təxminən 1,98 milyard dollar dəyərində pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin mümkün satışını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin açıqlamasında yer alıb.
Bildirilib ki, təsdiq Xarici Hərbi Satış proqramı çərçivəsində Küveytə PUA-lara qarşı mübarizə üçün nəzərdə tutulan platformalar və əlaqəli avadanlıqların tədarükünü əhatə edir.
Məlumata görə, sözügedən sistemlərin alınması təşəbbüsü Küveyt hökuməti tərəfindən irəli sürülüb.
Paketə "Roadrunner-Munnition" və "Anvil-Kinetic" tipli
platformalar, buraxılış sistemləri, müxtəlif qüllələr, proqram
təminatının hazırlanması, texniki sənədlər, həmçinin ABŞ hökuməti
və podratçı şirkətlər tərəfindən göstəriləcək mühəndislik,
texniki-logistika xidmətləri və digər dəstək komponentləri
daxildir.