Bakı. Trend:
"Bavariya" və Almaniya millisinin yarımmüdafiəçisi Lenart Karl zədə səbəbindən DÇ-2026-nı buraxacaq.
Trend xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Haradan başlayacağımı belə bilmirəm, amma ən vacib turniri buraxmaq mənim üçün dözülməz dərəcədə ağrılıdır. Dünya kubokuna hazır olmaq üçün əlimdən gələni etdim. Təəssüf ki, zədələr çox vaxt ən uyğun olmayan vaxtlarda baş verir".
Gənc futbolçu millinin ötən gün keçirilən məşqində zədə alıb və xəstəxanaya aparılıb. Onda əzələ yırtığı aşkar edilib.
Lenat Karlı "Leyptsiq"dən Assane Uedraogonun əvəz edəcəyi gözlənilir.