Azərbaycan millisinin iki futbolçusu heyətdən kənarlaşdırıldı

İdman Materials 6 İyun 2026 13:58 (UTC +04:00)
Azərbaycan millisinin iki futbolçusu heyətdən kənarlaşdırıldı
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.

Bildirilib ki, Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.

Qeyd edək ki, millimiz Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə uduzub. Həmin görüşdə rəqibin ikinci qolunun ardından futbolçular bir-biriləri ilə dalaşıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 9-da San Marino yığması ilə üz-üzə gələcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti