Bakıda keçirilən təhsil sərgisində ABŞ-nin 40-dan çox universiteti iştirak edir - Rendi Koul

Cəmiyyət Materials 6 İyun 2026 12:22 (UTC +04:00)
Bakıda keçirilən təhsil sərgisində ABŞ-nin 40-dan çox universiteti iştirak edir - Rendi Koul
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda keçirilən təhsilsərgisində ABŞ-nin 40-dan çox universiteti iştirak edir.

Trend xəbər verir ki, bunu ABŞ-nin Bakıdakı səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Rendi Koul ABŞ-nin Bakıda keçirdiyi təhsil sərgisi çərçivəsində bildirib.

O qeyd edib ki, ABŞ-də təhsil almağı planlaşdıran tələbələr viza prosedurları barədə məlumat əldə edə və Amerika universitetlərinin nümayəndələri ilə birbaşa ünsiyyət qura biləcəklər.

“Bu gün siz tələbə vizaları barədə məlumat almaq imkanı əldə edəcəksiniz. Daha sonra sərgidə iştirak edən 40-dan çox Amerika universitetinin stendlərini ziyarət edə biləcəksiniz. Masaların arxasında həmçinin ABŞ hökumətinin mübadilə proqramlarının məzunları və səfirliyimizin əməkdaşları da işləyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Bakıda ABŞ təhsil sərgisi keçirilir. Tədbir "EducationUSA" proqramı və ABŞ-nin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti