ABŞ-dəki azərbaycanlı tələbələr mənədni-təhsil əlaqələrini möhkləmləndirir - Emi Karlon

Cəmiyyət Materials 6 İyun 2026 12:44 (UTC +04:00)
ABŞ-dəki azərbaycanlı tələbələr mənədni-təhsil əlaqələrini möhkləmləndirir - Emi Karlon
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-də təhsil alan azərbaycanlı tələbələr iki ölkə arasında mədəni və təhsil əlaqələrinin möhkəmlənməsinə töhfə verirlər.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən ABŞ təhsil sərgisi çərçivəsində ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon bildirib.

“ABŞ-də təhsil alan azərbaycanlı tələbələr təkcə keyfiyyətli təhsil almır, həm də ölkələr arasında mədəni körpülərə çevrilir, yeni bilik və ideyalarla vətənə qayıdaraq ABŞ ilə güclənən tərəfdaşlıq şəraitində Azərbaycanın inkişafına töhfə verirlər”, – o deyib.

E. Karlon vurğulayıb ki, ABŞ-də təhsil alan azərbaycanlı tələbələr təkcə yüksək səviyyəli təhsil əldə etməklə kifayətlənmir, həm də mədəniyyətlər arasında “körpü” rolunu oynayır, ölkəyə inkişafı dəstəkləyən yeni bilik və ideyalar gətirirlər.

Onun sözlərinə görə, ötən tədris ilində ABŞ-də 1 329 azərbaycanlı tələbə təhsil alıb ki, bu da əvvəlki illə müqayisədə 18% artım deməkdir və Amerika təhsilinə marağın davamlı şəkildə artdığını göstərir.

Emi Karlon həmçinin qeyd edib ki, ABŞ-də təhsil yolu geniş seçim imkanlarına görə - 5 mindən çox kollec və universitetin mövcudluğu səbəbilə - mürəkkəb ola bilər, lakin eyni zamanda təqaüdlər və qrantlar da daxil olmaqla müxtəlif maliyyə dəstəyi imkanları mövcuddur.

Sonda o, sərgi iştirakçılarını tədbirin imkanlarından fəal istifadə etməyə, universitetlər və təhsil proqramları ilə əməkdaşlıq qurmağa çağırıb.

Qeyd edək ki, hazırda Bakıda ABŞ təhsil sərgisi keçirilir. Tədbir ABŞ-nin Azərbaycandakı səfirliyi və "EducationUSA" proqramı ilə birgə təşkil olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti