Bakı.Trend:
Bakıda ABŞ-nin təhsil sərgisi keçirilir.
Trend xəbər verir ki, tədbir ABŞ-nin Azərbaycandakı səfirliyi və "EducationUSA" tərəfindən təşkil olunub.
Sərgidə ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon, rəsmi qonaqlar və təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində ziyarətçilərə ABŞ-də təhsil, Amerika universitetlərinə qəbul imkanları, tədris proqramları və təqaüd imkanları barədə məlumat təqdim olunacaq.
Xəbər yenilənəcək
