"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir

İdman Materials 6 İyun 2026 14:27 (UTC +04:00)
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir

Bakı. Trend:

"Midyullann"ın futbolçusu Aral Şimşir karyerasını ölkəsində davam etdirə bilər.

Trend Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray" türkiyəli vingeri transfer etmək istəyir.

Danimarka klubu Şimşir üçün 20 milyon avro tələb edir. 23 yaşlı oyunçu özü İstanbul nəhənginə keçməyə isti yanaşır.

Qeyd edək ki, Aral Şimşir 2017-ci ilin yanvarında "Midyullann"ın akademiyasına qoşulub. Türkiyə millisinin üzvü 2025/26 mövsümündə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda 12 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti