Bakı. Trend:
Ötən həftə Azərbaycan ilə ABŞ-nin müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığı gücləndirməsini nümayiş etdirən parlaq nümunə oldu.
Bu barədə Trend-ə Bakıda keçirilən ABŞ təhsil sərgisi çərçivəsində ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bildirib.
Onun sözlərinə görə, mühüm hadisələrdən biri ABŞ-nin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi Amerika nümayəndə heyətinin Bakı Enerji Həftəsində iştirakı olub.
“Bakı Enerji Həftəsində dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. O, Donald Trampın müraciətini səsləndirib və bu ilin fevralında ABŞ-nin vitse-prezidenti JD Vance və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının icrası istiqamətində işi davam etdirib”, – deyə Karlon qeyd edib.
O, həmçinin ilk Azərbaycan–ABŞ iqtisadi dialoqunun başladıldığını bildirib.
“Biz tarixdə ilk dəfə Azərbaycan - ABŞ iqtisadi dialoquna start verdik və onun çərçivəsində 8 milyard ABŞ dollarından artıq dəyərdə sazişlər imzaladıq. Bu, ikitərəfli münasibətlərimizin qarşıdakı ildə çox yaxşı perspektivlərə malik olduğunu göstərir”, – deyə ABŞ-ın müvəqqəti işlər vəkili vurğulayıb.
