Bakı. Trend:
La Liqada 2025/26 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.
Trend xarici mediaya istinadən xəbər verir ki, mükafatı “Barselona”nın hücumçusu Lamin Yamal qazanıb.
Yamal bu mükafata namizədlər arasında Kilian Mbappé, Vedat Muriqi, Pablo Fornals və Nikolas Pepe kimi futbolçuları qabaqlayıb.
Bu, Yamalın karyerasında daha bir mühüm fərdi nailiyyətdir. O, La Liqa tarixində bu mükafatı qazanan ən gənc futbolçulardan biri olub.
İspaniyalı millisinin üzvü başa çatan mövsümdə 28 oyunda 16 qol vurub, 12 məhsuldar ötürmə edib.