Bakı.Trend:
Ötən həftə Azeri Light CIF və Azeri Light FOB Ceyhan markalı neftlərin orta qiymətləri artıb, Dated Brent və Urals markalı neftlərin orta qiymətləri isə azalıb.
Trend-in məlumatına görə, Azərbaycandakı “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunan Azeri Light CIF markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,34 ABŞ dolları və ya 0,3 faiz artaraq 102,18 ABŞ dolları təşkil edib.
Məlumata əsasən, bu markalı xam neftin həftə ərzində maksimal qiyməti bir barel üçün 104,58 ABŞ dolları, minimal qiyməti isə 99,48 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 99,82 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 0,18 ABŞ dolları və ya 0,2 faiz artım deməkdir. Həftə ərzində maksimal qiymət 102,48 ABŞ dolları, minimal qiymət isə 97,01 ABŞ dolları olub.
Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,56 ABŞ dolları və ya 0,7 faiz azalaraq bir barel üçün 74,92 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimal qiymət 77,06 ABŞ dolları, minimal qiymət isə 72,68 ABŞ dolları olub.
Dated Brent markalı neftin orta qiyməti isə bir barel üçün 99,13 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 0,7 ABŞ dolları və ya 0,7 faiz azalma deməkdir. Həftə ərzində maksimal qiymət 100,30 ABŞ dolları, minimal qiymət isə 97,48 ABŞ dolları olub.
|
Neft/Tarix |
01.06.2026 |
02.06.2026 |
03.06.2026 |
04.06.2026 |
05.06.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
$104.58 |
$101.68 |
$104.40 |
$100.78 |
$99.48 |
$102.18 |
|
Azeri Light FOB Ceyhan |
$102.48 |
$99.26 |
$101.98 |
$98.39 |
$97.01 |
$99.82 |
|
Urals (EX NOVO) |
$77.06 |
$73.75 |
$77.03 |
$74.07 |
$72.68 |
$74.92 |
|
Dated Brent |
$100.30 |
$97.48 |
$101.24 |
$98.79 |
$97.84 |
$99.13 |
