Fransa Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafını dəyərləndirir (ÖZƏL)

İqtisadiyyat Materials 6 İyun 2026 16:25 (UTC +04:00)
Fransa Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafını dəyərləndirir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Gəncə. Trend:

Enerji sahəsi əməkdaşlıq etdiyimiz istiqamətlərdən biridir və gələcəkdə inkişaf etdirilə biləcək daha çox imkanlar mövcuddur.

Bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Gəncəyə səfəri çərçivəsində Trend-ə açıqlamasında deyib.

Səfir əvvəlcə qeyd edib ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub və tərəflər münasibətlərin yenidən canlandırılması niyyətini təsdiqləyiblər.

“Hazırda Azərbaycan tərəfi ilə müxtəlif layihələr üzərində işləyirik. Fransa sənətçilərinin Azərbaycanda keçiriləcək festivallarda iştirakı nəzərdə tutulur. Yeni layihələrin həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq aparılır”, – deyə Sofi Laqut bildirib.

Diplomat vurğulayıb ki, hazırda konkret yüksək səviyyəli səfərlərlə bağlı plan yoxdur. Bununla belə, əməkdaşlıq istiqamətində müzakirələr davam edir.

Onun sözlərinə görə, yaxın zamanda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda Fransa nümayəndə heyəti, o cümlədən parlament üzvləri iştirak edib.

Səfir Azərbaycan-Fransa münasibətlərinin hazırkı vəziyyətini də dəyərləndirib:

“Prezident İlham Əliyev ilə Prezident Emmanuel Makron arasında yaxın zamanda baş tutan telefon danışığında münasibətlərin yenidən inkişaf etdirilməsi ilə bağlı ortaq mövqe ifadə olunub. Biz də bu istiqamətdə çalışırıq”.

Sofi Laqut enerji və iqtisadi əməkdaşlıq sahəsində də perspektivlərin mövcud olduğunu qeyd edib.

“Bu yaxınlarda Bakıda keçirilən Enerji Forumu və Bakı Enerji Həftəsində Fransanın iri şirkətlərinin iştirak etdiyini gördünüz. Bu şirkətlər Azərbaycanda fəal fəaliyyət göstərirlər. Enerji sahəsi əməkdaşlıq etdiyimiz istiqamətlərdən biridir və gələcəkdə inkişaf etdirilə biləcək daha çox imkanlar mövcuddur”, – deyə səfir əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti