Macarıstan səfiri Azərbaycanla münasibətlərdən danışıb

Mədəniyyət Materials 6 İyun 2026 17:17 (UTC +04:00)
Macarıstan səfiri Azərbaycanla münasibətlərdən danışıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Gəncə. Trend:

Azərbaycan ilə Macarıstan arasında dostluq münasibətləri yüksək səviyyədədir.

Bunu Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma Gəncəyə səfəri çərçivəsində Trend-ə açıqlamasında deyib.

Səfir qeyd edib ki, Macarıstan Azərbaycanla mədəni əlaqələrin inkişafına xüsusi önəm verir və bu istiqamətdə fəaliyyətini davam etdirir.

“Macarıstan və Azərbaycan arasında çox əla dostluq münasibətləri var. Biz də bu əlaqələri davam etdiririk və imkan olduqca Macarıstan mədəniyyətini Azərbaycanda tanıtmağa çalışırıq. Bu məqsədlə Gəncə şəhərinə də gəlmişik. Burada olmaqdan çox şadam. Gəncə Azərbaycanın ikinci ən böyük, nüfuzlu, tarixi və mədəni şəhəridir. Eyni zamanda, Nizami Gəncəvinin doğma torpağındayıq. Macarıstan mədəniyyətinin burada təqdim olunması bizim üçün böyük qürurdur”, – deyə o bildirib.

Diplomat “EuroVillage” çərçivəsində Macarıstanın milli-mədəni irs nümunələrinin nümayiş etdirildiyini də vurğulayıb. Onun sözlərinə görə, tədbirdə Macarıstana məxsus milli ornamentlər və xüsusi texnika ilə hazırlanan bəzək əşyaları təqdim olunub.

Səfir qeyd edib ki, “kalarış” adlanan bu bəzək nümunələri kiçik daşların xüsusi üsulla birləşdirilməsi ilə hazırlanır və Macarıstanın milli-folklor simvollarını əks etdirir.

“Bu tədbir üçün Macarıstandan iki xalq sənətçisi – Beatrix və Sidonia Hanembos Gəncəyə gəlib. Biz “EuroVillage” festivalında Macarıstanı təmsil etməkdən və Gəncədə olmaqdan məmnunuq”, – deyə diplomat əlavə edib.

Tamaş Yojef Torma Azərbaycan-Macarıstan münasibətlərini “əla səviyyədə” qiymətləndirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti