Bakı. Trend:
Danimarka və Ukrayna milli futbol komandaları arasında keçirilən yoldaşlıq oyunu ikinci hissədə yarımmüdafiəçi Kristian Eriksenin yerə yıxılması səbəbindən dayandırılıb.
Trend-in məlumatına görə, oyun ikinci hissədə danimarkalıların 2:1 hesab ilə öndə olan vaxtda dayandırılıb.
Qeyd edək ki, 2021-ci ildə Avropa Çempionatının qrup mərhələsinin Finlandiya komandasına qarşı ilk tur matçının ilk hissəsinin sonunda Eriksen yerə yıxıldı və ayağa qalxa bilməyib. İdmançıya meydanda 15 dəqiqə ərzində təcili tibbi yardım göstərilib, daha sonra o, xəstəxanaya aparılıb. Sonradan məlum olub ki, futbolçu ürək tutması keçirib.