BMT Hörmüz boğazında vəziyyətin sabitləşməsinə kömək edə bilər – ABŞ rəsmisi

Dünya xəbərləri Materials 7 İyun 2026 06:14 (UTC +04:00)
BMT Hörmüz boğazında vəziyyətin sabitləşməsinə kömək edə bilər – ABŞ rəsmisi

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp hesab edir ki, BMT Hörmüz boğazından normal gəmiçiliyin bərpasına və regiondakı vəziyyətin normallaşmasına kömək edə bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Temmi Bryus "Fox News" telekanalının efirində bildirib.

"Bəli, BMT bunu edə bilər və hazırda müzakirələr də məhz bu istiqamətdə aparılır", - deyə o, BMT-nin bu məsələdə hər hansı rol oynaya biləcəyi ilə bağlı suala cavab verib.

"Mən bilirəm ki, prezident BMT-yə böyük önəm verir, onun hansı potensiala malik olduğunu yaxşı anlayır", - deyə Bryus vurğulayıb.

"Ümumi maraq doğuran məsələlər var. Məsələn, Hörmüz boğazı tədarüklər, iqtisadiyyat və digər sahələr baxımından mühüm əhəmiyyət daşıyır. Bu, hamımızı maraqlandıran məsələdir", - deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti