Çin Tayvanın şərqində xüsusi hüquq-mühafizə əməliyyatı keçirib

Dünya xəbərləri Materials 7 İyun 2026 04:42 (UTC +04:00)

Bakı. Trend:

Çin Tayvanın şərqindəki sularda xüsusi hüquq-mühafizə əməliyyatına başlayıb.

Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.

"Bu əməliyyat Yaponiya və Filippinin Tayvan adasının şərqindəki dəniz sərhədinin delimitasiyası ilə bağlı danışıqlara başlamaq barədə birtərəfli elanına zəruri cavab olub və bu, Çinin ərazi suverenliyini və dəniz hüquqlarını ciddi şəkildə pozur", - deyə agentlik qeyd edib.

Əməliyyatda Fuszyan vilayətinin Dəniz Təhlükəsizliyi İdarəsi, Quandun vilayətinin Dəniz Təhlükəsizliyi İdarəsi, Şərqi Çin Dəniz Gəmiçiliyinə Dəstək Mərkəzi və Şərqi Çin Dəniz Xilasetmə İdarəsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti