ABŞ-də festival yaxınlığında atışma olub

Dünya xəbərləri Materials 7 İyun 2026 02:57 (UTC +04:00)
ABŞ-də festival yaxınlığında atışma olub

Bakı. Trend:

ABŞ-nin Ohayo ştatında "Old West End" festivalının yaxınlığında atışma baş verib, nəticədə bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə yerli polis xəbər verib.

"Təxminən saat 17:37-də Tolido polisi Delaver--avenyu və Qlenvud-avenyu ərazisində, "Old West End" Festivalının yaxınlığında bir nəfərin güllə yarası alması üzrə cağırışa gəlib. Hadisə yerinə çatdıqdan sonra polis bir neçə atışma qurbanı aşkar edib. Yaralıların çoxu yaxınlıqdakı tibb müəssisələrinə aparılıb", - deyə polis bildirib.

Polis "bir və ya daha çox şübhəli şəxsin" axtarışını aparır. Yaralıların sayı, onların vəziyyəti və ya hadisənin səbəbi barədə məlumat hələlik açıqlanmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti