Bakı. Trend:
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi İrana səfər edib.
Trend-in məlumatına görə, bu barədə "İRNA" agentliyi bildirib.
Məlumata əsasən, burada nazir İran rəsmiləri, xüsusən də xarici işlər naziri Abbas Əraqçi ilə görüşlər keçirəcək.
Qeyd edilib ki, M. Nəqvinin İrana səfərinin məqsədi Pakistanın İran və ABŞ arasında danışıqlarda vasitəçilik işini davam etdirməkdir.
M. Naqvi A. Əraqçi ilə bazar günü görüşəcək.