ABŞ "MOL", "NIS" və "Qazprom Neft" arasında danışıqlar üçün daha 10 gün vaxt verib

Dünya xəbərləri Materials 7 İyun 2026 02:21 (UTC +04:00)

Bakı. Trend:

ABŞ sanksiyalar altında olan "Serbiya Neft Sənayesi" (NIS) şirkətinin nəzarət səhm paketinin Macarıstanın "MOL" şirkəti tərəfindən alınmasına dair danışıqların başa çatdırılması üçün cəmi 10 gün vaxt verib. "NIS" və onun əsas səhmdarı olan "Qazprom Neft" ABŞ sanksiyalarına məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə MOL" şirkətindən bildiriblər.

Məlumata əsasən, danışıqların müddəti iyunun 16-dək uzadılıb, halbuki şirkət vaxtın iyulun 6-dək uzadılmasını xahiş etmişdi.

"Şirkət ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) NIS şirkətinin nəzarət səhm paketinin alınması ilə bağlı danışıqları 16 iyun 2026-cı il tarixinədək davam etdirmək üçün rəsmi icazə alıb", - deyə şirkətin bəyanatında bildirilib.

Bununla belə, "MOL" qeyd edib ki, mayın 22-də verilən əvvəlki uzadılmadan sonra son həftələr ərzində danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub və lisenziyanın əlavə uzadılması sövdələşmə üzrə sənədləşmə prosesinin tamamlanmasına imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti