Azərbaycanın 3x3 basketbol millisi dünya çempionatının yarımfinalına yüksəlib

İdman Materials 6 İyun 2026 22:05 (UTC +04:00)
Azərbaycanın 3x3 basketbol millisi dünya çempionatının yarımfinalına yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

6 iyun 3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən dünya çempionatının 1/4 finalında Almaniya seçməsinə qarşı oyuna çıxıb.

Basketbol Federasiyasından Trend-ə verilən məlumata görə, qızlarımız görüşün əvvəllərində hesabda geridə olsalar da, daha sonra Brianna Freyserin dominant oyunu sayəsində geridönüş edib rəqibinə 18:16 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, millimiz yarımfinalda Fransa - ABŞ cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinal və final oyunları 7 iyunda baş tutacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti