Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan laborator şəkildə təsdiqlənmiş ölüm hallarının sayı 86-ya çatıb.
Trend-in məlumatına görə, bu barədə Konqo Səhiyyə Nazirliyi gündəlik məlumat bülletenində bildirib.
Son 24 saat ərzində daha altı nəfər həyatını itirib. Ebola virusuna yoluxma hallarının təsdiqlənmiş sayı 488-ə yüksəlib. İyunun 5-i axşam saatlarında bu göstərici 452 idi.
Nazirlik qeyd edib ki, Ebola virusunun daha da yayılmasının qarşısını almaq məqsədilə intensiv tədbirlər davam etdirilir.
Hakimiyyət orqanları hazırkı epidemiyanın episentri olan Konqonun İturi əyalətində tibbi təcridxanaların imkanlarını genişləndirir. Həmçinin tibb işçiləri və xidmət personalı üçün əlavə qoruyucu vasitələr bölgəyə çatdırılır.