Bakı. Trend:
"Azərenerji" ASC 110 kV-luq Yevlax–Bərdə elektrik ötürmə xəttinin tikintisi işlərinin satın alınması ilə bağlı tender elan edib.
Trend xəbər verir ki, tender prosedurunda iştirak haqqı 1 517,99 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 22 iyul saat 17:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da həmin gün – 22 iyul saat 17:00-da (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün:
Telefon: (+994 12) 598 26 96
Əlaqələndirici şəxs: Azad Məmmədov
E-poçt: [email protected]
