U-21 millimiz Bəhreynə böyük hesabla qalib gəlib

İdman Materials 6 İyun 2026 23:01 (UTC +04:00)
U-21 millimiz Bəhreynə böyük hesabla qalib gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.

AFFA-dan Trend-ə verilən məlumata görə, U-21 Bəhreynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəşad Eyyubovun yetirmələri rəqibin qapısından 3 cavabsız top keçirərək, böyükhesablı qələbə qazanıblar – 3:0. Komandamızın heyətində qolları 32-ci dəqiqədə Qurban Səfərov, 87-ci dəqiqədə Nihad Əhmədzadə və 89-cu dəqiqədə Lorenzo Mezzotero vurublar.

Qeyd edək ki, U-21 toplanış çərçivəsində növbəti yoxlama oyununu iyunun 9-da Qırğızıstan yığmasına qarşı keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti