Braziliya ət idxalı ilə bağlı Aİ-yə qarşı cavab tədbirləri görəcəyini istisna etməyib

Dünya xəbərləri Materials 7 İyun 2026 07:02 (UTC +04:00)

Bakı. Trend:

Braziliya hakimiyyəti Avropa İttifaqının Braziliya ət məhsullarının idxalını məhdudlaşdırmaq qərarına cavab olaraq tədbirlər görməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Ticarət və Beynəlxalq Əlaqələr katibi Luis Rua deyib.

"Əgər bizə tərəfdaş kimi yanaşılmadığını anlasaq, Aİ-nin hərəkətlərinə necə cavab verə biləcəyimizlə bağlı artıq bəzi fikirlərimiz var", - deyə o bildirib.

Onun sözlərinə görə, Braziliya rəhbərliyi Aİ-ni danışıqlar yolu ilə məhdudiyyətləri aradan qaldırmağa inandırmağa ümid edir. O, beynəlxalq ticarətdə "qarşılıqlılıq prinsipi"nin tətbiq olunduğunu və ölkənin bundan istifadə edə biləcəyini bir daha vurğuladı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti