Elnur Əliyev AYİB-in Müdirlər Şurasının plenar sessiyasında iştirak edib

İqtisadiyyat Materials 7 İyun 2026 16:27 (UTC +04:00)
Elnur Əliyev AYİB-in Müdirlər Şurasının plenar sessiyasında iştirak edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

AYİB-in Müdirlər Şurasının plenar sessiyasında Bankın fəaliyyəti və maliyyə hesabatları müzakirə olunub, münaqişələrdən təsirlənən iqtisadiyyatların bərpası və dayanıqlı inkişafın dəstəklənməsi mövzusunda dəyirmi masa təşkil edilib.

Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Latviyanın Riqa şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının plenar sessiyasında iştirak edib.

Sessiyada AYİB-in 2025-ci il üzrə İllik İcmalı, 2026–2030-cu illər üçün Strateji və Kapital Çərçivəsi, 2023-cü il kapital artımı üzrə öhdəliklərin icrasına dair hesabat, strategiyanın icra planı, eləcə də Bankın institusional fəaliyyəti və maliyyə hesabatları müzakirə olunub. Tədbirdə AYİB-in gələcək fəaliyyət prioritetləri, dayanıqlı iqtisadi artımın təşviqi, yaşıl və rəqəmsal transformasiya, özəl sektorun inkişafı, iqtisadi dayanıqlılığın gücləndirilməsi, insan kapitalına investisiyalar və regional əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev plenar sessiyada “Münaqişələrin təsirinə məruz qalan iqtisadiyyatların dəstəklənməsində AYİB-in rolu” mövzusunda keçirilən dəyirmi masada çıxış edib. Münaqişələrin iqtisadiyyata, investisiyalara və regional əlaqələrə təsiri vurğulanıb, bərpa prosesinin yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmadığı, həmçinin iqtisadi fəallığın canlandırılması, özəl sektorun dəstəklənməsi və uzunmüddətli dayanıqlılığın təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və reinteqrasiya prosesi, infrastrukturun inkişafı, məşğulluğun artırılması, kiçik və orta biznesin təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət nəzərə çatdırılıb.

AYİB-in özəl investisiyaların cəlbi, idarəetmənin təkmilləşdirilməsi, enerji təhlükəsizliyi və bağlantı layihələrinin dəstəklənməsi vasitəsilə münaqişələrdən təsirlənən iqtisadiyyatların inkişafına mühüm töhfə verə biləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti