Seneqal millisinin üzvü “Qalatasaray”dan ayrılacaq

İdman Materials 7 İyun 2026 14:53 (UTC +04:00)
Seneqal millisinin üzvü “Qalatasaray”dan ayrılacaq

Bakı. Trend:

Seneqal millisinin üzvü İsmail Yakobs “Qalatasaray”dan ayrılacaq.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi DÇ-2026-dan sonra İstanbul təmsilçisini tərk etməli olacaq.

Afrikalı futbolçuya “Yuventus”dan təklif gəlib. Onlar “Qalatasaray”ın tələb etdiyi məbləği ödəməyə hazırdır.

Hazırda tərəflər arasında danışıqlar gedir. Məsələ orasındadır ki, Yakobs özü Türkiyə çempionunun heyətində qalmaq niyyətindədir. İsmailin “Qalatasaray”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, “Köln”, “Monako”də oynadıqdan sonra 2024-cü ildə “Qalatasaray”a keçib.

Xəbər lenti

Xəbər lenti